Birgə Bəyannamə imzalanacaq - Şahid Trampdır

8 Avqust 2025 07:30 Hadisə 444
Birgə Bəyannamə imzalanacaq - Şahid Trampdır

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamənin imzalanması gözlənilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu Bəyannamədə ATƏT-in Minsk Qrupunun ləğvi də öz əksini tapacaq.

Belə ki, sənədə əsasən, hər iki ölkə sözügedən qurumun ləğvi üçün ATƏT-in Baş Katibinə birgə müraciət edəcək.

Birgə Bəyannaməyə əsasən, Azərbaycan və Ermənistan arasında sülh sazişi də paraflanacaq. Bununla da İrəvan Azərbaycanın digər ikinci şərtini – Ermənistan Konstitusiyasına dəyişikliyinin zəruriliyini qəbul edir.

Sənəddəki ən vacib məsələrdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Belə ki, Birgə Bəyannaməyə əsasən, Azərbaycanın əsas ərazisi olan Naxçıvanla quru yolla maneəsiz keçidin təmin edilməsi təsdiqlənəcək.

sözügedən sənədin ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanması gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi