Heç-heçə etdilər - "Araz-Naxçıvan"ın mümkün tanışları

8 Avqust 2025 04:40 Hadisə 392
Heç-heçə etdilər - "Araz-Naxçıvan"ın mümkün tanışları

"Araz-Naxçıvan"ın Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri - Yunanıstan PAOK və Avstriyanın "Volfsberger" komandaları arasında ilk matç baş tutub.

Sportinfo.az xəbər verir ki, Avropa Liqası çərçivəsində Yunanıstanda keçirilən matçdan qol səsi çıxmayıb - 0:0.

Cavab qarşılaşması avqustun 14-də Avstriyada keçiriləcək. Cütün məğlubu ilə "Araz-Naxçıvan" - "Omoniya" duelinin güclüsü qarşılaşacaq.

"Araz-Naxçıvan" Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşündə Bakıda Kipr "Omoniya"sına 0:4 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi