Ən məşhur qadın futbolçu necə dincəlir? - FOTOLAR

20 İyun 2025 02:30 Hadisə 811
Ən məşhur qadın futbolçu necə dincəlir? - FOTOLAR

Dünyanın ən məşhur qadın futbolçusu hesab edilən Alişa Leman uğurlu mövsümdən sonra istirahət edir.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı isveçrəli oyunçu "Yuventus"la keçirdiyi ilk mövsümün ardından yay tətilindən zövq alır.

O, "İnstagram" hesabında çayın ortasında qara bikinidə, şar qayığın üzərində çəkilmiş bir neçə diqqətçəkən foto paylaşıb.

Açıq saçları, gün eynəkləri və əlində topu ilə Alişa yay ab-havasını tam hiss etdirib.

Xatırladaq ki, 2024-cü ilin yayına qədər Alişa "Aston Villa"da çıxış edirdi. Daha sonra isə o vaxtkı sevgilisi Duqlas Luizlə birlikdə İtaliyaya köçüb. Lakin son məlumatlara görə, cütlük ayrılıb. Bununla belə, onlar hələ də bir-birini sosial şəbəkələrdə izləməyə davam edir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi