“Araz-Naxçıvan”ın rəqibini bu addımı atmağa məcbur etdilər

19 İyun 15:00 Hadisə 504
“Araz-Naxçıvan”ın rəqibini bu addımı atmağa məcbur etdilər

“Araz-Naxçıvan”ın Konfrans Liqasındakı rəqibinin adı məlumdur.

Premyer Liqanı üçüncü sırada başa vuran kollektiv sözügedən turnirin ikinci mərhələsində “Aris”lə üz-üzə gələcək.

Püşkatma mərasimindən dərhal sonra azərbaycanlı futbolsevərlərin rəqibin sosial media səhifələrinə hücumu müşahidə olunub.

Yunanıstan klubuna psixoloji təzyiq göstərirmiş kimi davranmaqla müxtəlif aşağılayıcı ifadələr işlədən “klavyatura qəhrəmanları” özlərini və ölkəmizi gözdən salmaqla diqqət çəkib.

Nəticədə “Aris” rəsmiləri “Araz-Naxçıvan”la bağlı paylaşımın rəy bölməsini bağlayıblar. “Qəhrəmanlar” bu dəfə klubun səhifəsindəki digər paylaşımlara müxtəlif şərhlər yazmaqla biabırçı vəziyyət yaradıblar.

Nəticədə yunan azarkeşlərinin bir neçəsi tərbiyəsiz azərbaycanlıların cavabını artıqlaması ilə verib.

“Araz-Naxçıvan”la “Aris” arasındakı ilk oyun iyulun 24-də Bakıda, iyulun 31-də səfərdə baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 20:00 Çək və bizə göndər!
13 İyul 00:40 Mahir yenə qol vurdu