FIFA Azərbaycanda iki klub dəyişmiş hücumçunun tələbini təmin etdi - BORCUNU QAYTARIN!

19 İyun 2025 01:50 Hadisə 1 644
FIFA Azərbaycanda iki klub dəyişmiş hücumçunun tələbini təmin etdi - BORCUNU QAYTARIN!

FIFA vaxtilə “Zirə” və “Sumqayıt”da çıxış etmiş qanalı futbolçu Riçard Qadzenin Hindistanın “Racastan Yunayted” klubuna qarşı irəli sürdüyü tələbi təmin edib.

Sportinfo.az xəbər verir ki, qurum 31 yaşlı futbolçuya olan bütün borc məbləğinin ödənilməsi barədə qərar qəbul edib.

Qadzenin son klubu qışda keçdiyi İndoneziya "Persiku"su olub.

Riçard Qadze 2017-ci ilin fevralından mayınadək, 2017-ci ilin iyulundan 2018-ci ilin iyulunadək və 2019-cu ilin oktyabrından 2020-ci ilin avqustunadək “qartallar”ın, 2022-ci ilin oktyabrından 2023-cü ilin yanvarınadək “kimyaçılar”ın formasını geyinib.

Daha sonra o, 2023-cü ilin sentyabrından 2024-cü ilin yanvarınadək “Racastan Yunayted”də olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi