İki komanda ölkə çempionatında meydana çıxmadı, AFFA işə qarışdı - QƏRARLAR

17 İyun 2025 11:40 Hadisə 1 290
İki komanda ölkə çempionatında meydana çıxmadı, AFFA işə qarışdı - QƏRARLAR

Azərbaycanın iki klubuna texniki məğlubiyyət verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA U-17 Liqasında keçirilməli olan "Turan Tovuz" - "Dinamo" oyunu qonaqların nəzərdə tutulmuş vaxtda meydanda olmadığı üçün baş tutmayıb. Bu səbəbdən "Dinamo"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-12 Liqasında keçirilməli olan "Kürdəmir" - "İsmayıllı" matçı isə meydan sahiblərinin nəzərdə tutulmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. Nəticədə Kürdəmir komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi