Məşhur futbol adamının gəlini görün kim imiş! - FOTOLAR

03:00 Hadisə 276
Məşhur futbol adamının gəlini görün kim imiş! - FOTOLAR

Romeo Bekhem məşhur cütlük Devid və Viktoriya Bekhemlərin ikinci oğul övladıdır.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı gənc ötən il futbol karyerasını başa vurub.

O, son olaraq “Brentford”da çıxış etdikdən sonra diqqətini model biznesinə yönəltmək qərarna gəlib. Görünür, bu qərarla o, sevgidə də qazanıb.

2019-cu ildə Romeo model Mia Riqanla münasibətdə olduğunu elan etmişdi. Lakin 2024-cü ilin fevralında cütlük sosial şəbəkələrdə ayrıldıqlarını bildirdi.

Yarım ildən sonra, dəqiq desək, 2024-cü ilin noyabrında Romeo eşq dolu paylaşımla yeni sevgilisini təqdim etdi. Bu şəxs Kim Ternbulldur.

Kim məşhur şotlandiyalı heykəltəraş və rəssam Uilyam Ternbullun nəvəsidir. Uilyam müharibədən sonrakı dövrdə yaranan “qorxu həndəsəsi” adlı bədii cərəyanın əsas yaradıcılarından biri hesab olunur.

Kim və Romeo həm də həmkardılar. Kim 2017-ci ildən model kimi çalışır. Romeo da model sahəsinə keçid etdikdən sonra cütlük tanış olub.

Bundan başqa, Kim DJ-liklə də məşğuldur. Bu işə COVID-19 pandemiyası dövründə maraq göstərməyə başlayıb və zamanla hobbi onun peşəsinə çevrilib. “Heç vaxt bu işdən pul qazanacağımı düşünməzdim. Sadəcə hər gün məşğul olurdum. Birdən təkliflər gəlməyə başladı, başa düşdüm ki, həm zövq aldığım, həm də pul qazandığım bir iş tapmışam. Bu, dəli bir hiss idi!” - deyə o bildirib.

Romeo və Kimin münasibəti artıq ciddi mərhələyə çatıb. Kim Bekhemlərin ailə tədbirlərinin hamısında iştirak edir. Hətta yaxın günlərdə o,

Paris Moda Həftəsində Viktoriya Bekhemin moda nümayişində olub və keçmiş "Spice Girls" üzvünü uğurlu şousu münasibətilə təbrik edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 May 10:00 Qurbanov vəfat etdi
22 May 08:30 Bakıda 15:0 olunca...