Məşhur qrup və rəqqaslar “Qarabağ”la “Sabah”ı əyləndirəcək

22 May 2025 14:40 Hadisə 720
Məşhur qrup və rəqqaslar “Qarabağ”la “Sabah”ı əyləndirəcək

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan kubokunun final oyununa hazırlıq görüb.

Mayın 31-də keçiriləcək matçdan öncə şou-proqram təşkil olunacaq.

Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda bu məqsədlə səhnə quraşdırılacaq.

Son vaxtlar xeyli məşhurlaşan «Dərviş Band» qrupu arenaya gələnlərin musiqi zövqünü oxşayacaq.

Həmçinin müxtəlif müsiqiçilər və rəqs qrupları məkanı bayram ab-havasına bürüyəcək.

Həmin gün «Qarabağ» və «Sabah» üz-üzə gələcək. Matç saat 19:00-da başlayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi