Azərbaycanın Baş naziri federasiya prezidenti ilə görüşdü

22 May 2025 11:20 Hadisə 522
Azərbaycanın Baş naziri federasiya prezidenti ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 21-də Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, görüşdə mayın 21-dən iyunun 1-nə qədər Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının əhəmiyyəti qeyd edilib.

Ölkəmizin beynəlxalq səviyyəli idman yarışlarına böyük uğurla ev sahibliyi etməsi xüsusi vurğulanaraq minifutbol üzrə dünya çempionatının da yüksək standartlara uyğun təşkil ediləcəyinə əminlik ifadə olunub.

İdmanın inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyi bildirilib, dövlət tərəfindən idmançılara göstərilən diqqət və qayğı barədə söhbət açılıb.

Söhbət zamanı ölkəmizdə minifutbolun inkişafı və kütləviləşməsi məqsədilə həyata keçirilən tədbirlər təqdir edilib, bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi