Qurbanov vəfat etdi

22 May 2025 10:00 Hadisə 1 262
Qurbanov vəfat etdi

Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.

Sportinfo.az xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Cavanşir Qurbanov 1995-2017-ci illərdə AGF-də çalışıb.

O, ölkə idmanında uzunmüddətli xidmətlərinə görə Əməkdar məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adları ilə yanaşı, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilmişdi.

Cavanşir Qurbanov Azərbaycan Milli Güləş Federasiyasının prezidenti, “Mənim oğlum qəhrəmandır”, “Mənim atam qəhrəmandır” layihələrinin rəhbəri Cəlal Qurbanovun atasıdır.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi