“Ermənistan yeddi rayonu Rusiya silahlarından istifadə edərək ələ keçirib”

22 May 2025 08:10 Hadisə 777
“Ermənistan yeddi rayonu Rusiya silahlarından istifadə edərək ələ keçirib”

“Ermənistan Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın yeddi rayonunun ələ keçirilməsi üçün Rusiya silahlarından istifadə edib”.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında danışıb.

“Xatırladım ki, Ermənistan demək olar ki, özünün bütün müstəqillik illərində, eləcə də heç vaxt rəsmi olaraq iddia etmədiyi 7 rayonun ələ keçirilməsində Rusiya silahından istifadə edib”, - deyə Lavrov qeyd edib.

Rusiyanın XİN rəhbəri, həmçinin əlavə edib ki, ölkənin silahlarından ələ keçirilən ərazilərdə mühəndis istehkam qurğularının və döyüş xətlərinin qurulması üçün də istifadə edilib.

Onun sözlərinə görə, bütün bunlar həmin ərazilərin uzun müddət saxlanılmasına hesablanıb: “Bəzi analitiklər isə bildirib ki, həmin mühəndis istehkam qurğularının xarakteri Ermənistanın həmin rayonları Azərbaycana geri qaytarmağı planlaşdırmadığından xəbər verib”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi