Məşhurlar Bakıdakı mundialın açılışında - RƏNGLİ FOTOLAR

02:20 Hadisə 104
Məşhurlar Bakıdakı mundialın açılışında - RƏNGLİ FOTOLAR

Bakıda minifutbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca təqdim olunan maraqlı şou arenaya toplaşan tamaşaçıların zövqünü oxşayıb. Fransalı məşhur fristayler, bu növdə dünya çempionu olmuş Arno Qarnye öz performansı ilə diqqət çəkib.

Daha sonra türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova öz nəğmələri ilə çıxış ediblər.

Mundiala iyunun 1-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti