Mahir “Neftçi”nin adını çəkdi - O, kimlər üçün darıxıb?

04:50 Hadisə 164
Mahir “Neftçi”nin adını çəkdi - O, kimlər üçün darıxıb?

“Uzun müddətdir ki, veteranlarla birlikdə top qovmurduq.

Həm oynayırdıq, həm də kövrəlirdik”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri Mahir Şükürov Bakıda baş tutacaq minifutbol üzrə dünya çempionatına həsr olunmuş “Legends Cup” barədə danışarkən bildirib.

Sabiq müdafiəçi bu cür görüşlərin mütəmadi keçirilməsinin tərəfdarı olduğunu qeyd edib:

“Təşkilatçılara minnətdarlığımı bildirirəm. Azarkeşlərə də ayrıca təşəkkür edirəm, bizə gözəl dəstək verdilər. “Forza Neftçi” üçün darıxmışdıq. Meydanda bizdən yaşca böyük futbolçular da yer almışdı. Ağasəlim müəllimə də dedim ki, bu cür oyunlar nə qədər sıx təşkil olunsa, həm bizim, həm də gələcək nəsillər üçün faydalı olar. Baxmayaraq ki, sonda uduzduq, qarşılaşma maraqlı keçdi. Hər kəs məmnun qaldı”.

Veteran futbolçu dünya çempionatında yığma komandamıza dəstək verəcəklərini vurğulayıb:

“Millimiz üçün asan olmayacaq. Güclü rəqiblər var. Komandamıza uğurlar arzulayıram. Biz də əlimizdən gələn qədər onların yanında olacağıq. Çox arzulayıram ki, yığmamız dünya çempionluğunu qazansın. İnanıram ki, azarkeşlər də tribunaları dolduraraq öz dəstəklərini göstərəcəklər”.

Digər Xəbərlər
Xəbər Lenti