Onun model sevgilisi çimərlikdəki FOTOLARı ilə hər kəsi heyran etdi!

02:20 Hadisə 132
Onun model sevgilisi çimərlikdəki FOTOLARı ilə hər kəsi heyran etdi!

İngiltərəli ulduz futbolçu Delle Allinin İtaliya klubu “Komo”ya keçidi təkcə futbol xəbəri kimi deyil, həm də onun model Sindi Kimberli ilə münasibətləri fonunda medianın diqqətini cəlb edib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi yeni komandasında Sesk Fabreqasın rəhbərlik etdiyi “Komo”da cəmi 8 dəqiqə meydana çıxıb.

Şəxsi həyatı daha fəal şəkildə gündəmdə qalır.

Everton star Dele Alli looks loved up with girlfriend Cindy Kimberly as  they soak up the sun on break in Italy | The Sun

Cütlük 2022-ci ilin iyun ayından bəridir birlikdədir və münasibətləri bu yaxınlarda yenidən diqqət mərkəzinə düşüb.

Səbəb isə 26 yaşlı ispan modeli Sindinin “LOBAwoman” adlı çimərlik geyimləri brendinə aid yeni fotosessiyanı “Instagram”da paylaşmasıdır. Brendin adı ispan dilindən tərcümədə “dişi canavar” anlamını verir.

Sözügedən paylaşım sosial şəbəkədə böyük ajiotaj yaradıb və 300 minə yaxın bəyənmə toplayıb.

Bu da təəccüblü deyil, çünki Sindinin “Instagram”da 7,1 milyondan çox izləyicisi var. Buna görə də şəxsi brendi sürətlə populyarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti