Azərbaycan futbolunun əfsanələrinin oyununda kimlər qazandı? - VİDEO+FOTO

00:30 Hadisə 100
Azərbaycan futbolunun əfsanələrinin oyununda kimlər qazandı? - VİDEO+FOTO

Bakıda minifutbol üzrə dünya çempionatına həsr olunan ölkə futbolunun əfsanələri arasında matç keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirlən “Legends Cup”da “Neftçi 2000-lər” və “Premyer Liqa məşqçiləri”i qarşılaşıb.

Gimnastika Arenasında oynanılan matçda “Neftçi 2000-lər”in baş məşqçisi Ağasəlim Mircavadov olub.

Azərbaycan futbolunun əfsanələri arasında oyun keçirildi

Bu komandada Rəşad Sadiqov, Zaur Tağızadə, Tərlan Əhmədov, Vidadi Rzayev, Mahir Şükürov, Ruslan Abışov, Emin Quliyev, Rəşad Abdullayev, Hüseyn Məhəmmədov, Rail Məlikov, Samir Əliyev, Samir Ələkbərov, Bəxtiyar Musayev, Mahmud Qurbanov meydana çıxıb.

Kurban Berdıyevin baş məşqçi olduğu “Premyer-liqa məşqçiləri" komandasının heyətində isə Qurban Qurbanov, Elçin Rəhmanov, Elvin Məmmədov, Vaqif Cavadov, Ayxan Abbasov, Rəşad Sadıqov, Müşfiq Hüseynov, Əfran İsmayılov, Yunis Hüseynov və Azər Bağırov, Samir Abasov, Fərhad Vəliyev, Elmar Baxşıyev yer alıb.

Oyunda hesabı “Premyer Liqa məşqçiləri” komandasında Əfran İsmayılov açıb.

“Neftçi 2000-lər”in heyətində isə Rəşad Sadiqov bərabərlik qolunu vurub. Penalti seriyasında daha dəqiq olan “Premyer Liqa məşqçiləri” 3:2 hesabı ilə qalib gəliblər.

Oyunu izləyənlər arasında Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş da olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 May 15:40 21-ci dəfə çempion
19 May 03:40 Nazir XƏBƏR VERDİ