
Keçmişdə qalmaqallı pornoaktrisa kimi tanınan Tiana Tramp indi həyatında yeni bir mərhələyə başlayıb.
Sportinfo.az xəbər verir ki, o, tanınmış futbolçunun sevgilisi statusunda İspaniyada yaşayır.
Ulduz aktrisa son vaxtlar “Vilyarreal” klubunun oyunçusu Nikola Pepe ilə birlikdədir.
Cütlük münasibətlərini uzun müddət gizli saxlayıb, sosial şəbəkələrdə 2024-cü ilin əvvəlindən etibarən müxtəlif eyhamlarla romantik bağlılıqlarını sezdiriblər. Onlar ilk dəfə 2024-cü ilin noyabrında birlikdə olduqlarını açıq şəkildə elan ediblər.
Hazırda Tiana sadəcə sevgilisini stadiondan dəstəkləməklə kifayətlənmir, eyni zamanda futbol dünyasına da böyük maraq göstərir.
"Hər şeyin bu qədər tez dəyişməsi inanılmazdır. Bir müddət əvvəl porno ulduz idim, indi isə evdar qadınam" – deyə zarafatla bildirib.
Cütlüyə yaxın mənbələr Trampın doğrudan da dəyişdiyini deyirlər. Onun futbola marağı artıb, yalnız Pepenin oyunlarını deyil, digər qarşılaşmaların da canlı yayımlarını izləməyə başlayıb.