Tanınmış idmançıya federasiyada mühüm vəzifə həvalə olundu

19 May 2025 19:20 Hadisə 1 549
Tanınmış idmançıya federasiyada mühüm vəzifə həvalə olundu

Azərbaycan Kikboksinq Federasiyasında (AKF) yeni təyinat gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, döyüş növləri üzrə dünya və Avropa çempionu Tural Cavadov federasiyanın Abşeron-Xızı-Sumqayıt regional filialının sədr müavini vəzifəsinə təyin olunub.

Tanınan idmançı saytımıza açıqlamasında bu şərəfli və ədalətli yolda idman ictimaiyyətinə, idmançılarımızın inkişafı üçün var gücü ilə çalışacağına söz verib:

“Məqsədimiz gəncləri sağlam həyat tərzinə yönəltmək, vətənpərvər ruhda idmançılar yetişdirmək və bölgəmizi beynəlxalq arenada layiqincə təmsil edə biləcək güclü çempionlarla tanıtmaqdır.

Bu yolda əzmkarlıq, birlik və dürüstlük əsas prinsipimiz olacaq.

Bu etimadı mənə göstərən AKF -nin fəxri prezidenti Adil Əliyevə, prezidenti Orxan Əliyevə və federasiyanın Sumqayıt filialının sədri Ədalət Şükürova öz minnətdarlığımı bildirirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi