Millimizin hücumçusunun tamaşasından doymaq olmadı - Het-trik VİDEOsu

00:40 Hadisə 182
Millimizin hücumçusunun tamaşasından doymaq olmadı - Het-trik VİDEOsu

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniyanın 2-ci Bundesliqasında sonuncu – 34-cü tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, sözügedən komanda səfərdə “Ayntraxt”la (Braunşveyq) qarşılaşıb.

Mahir də bu matçda iştirak edib. O, oyuna start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib.

Emreli mövsümün sonunda komandanı tərk edəcəyinə görə, bu matç onun “Nürnberq”dəki son oyunu olub.

Son matçı azərbaycanlı futbolçu üçün uğurlu alınıb. Belə ki, Emreli 10-cu dəqiqədə hesabı açıb.

O, 20-ci dəqiqədə komandasının 2-ci, 45+1-ci dəqiqədə isə 3-cü qolunu vurub. 20-ci dəqiqədə həm də sarı vərəqə alıb.

Komandası isə 4:1 hesabı ilə qalib gəlib və mövsümü 48 xalla 10-cu yerdə başa vurub.

Emreli bu matç da daxil olmaqla 2-ci Bundesliqada 24 oyuna 10 qol vurub.

O, əlavə olaraq kubokda da bir matçda fərqlənib. Beləliklə, azərbaycanlı futbolçu Almaniyada mövsümü 11 qolla yekunlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti