Ronaldinyo Azərbaycan klubunun baş məşqçisinə necə kömək etdi? - VİDEO

19 May 2025 08:40 Hadisə 1 254
Ronaldinyo Azərbaycan klubunun baş məşqçisinə necə kömək etdi? - VİDEO

“Qəbələ” futbol klubunun baş məşqçisi Kaxaber Tsxadadze Gürcüstan və “Barselona” əfsanələrinin oyununda zədələnib.

Sportinfo.az xəbər verir ki, 57 yaşlı gürcü mütəxəssis ayağında yaranan ciddi narahatlıq səbəbindən matçı erkən tərk etmək məcburiyyətində qalıb.

Tsxadadze qolundakı kapitanlıq sarğısını komanda yoldaşı Kaxa Kaladzeyə təhvil verərək həkimlərin köməyi ilə çətinliklə də olsa, meydanı tərk edib.

Təcrübəli mütəxəssis teleqraf-a açıqlamasında azacıq ağrılarının olduğunu bildirib: "Qocalıq - sevinc deyil (gülür - red.). Futbolçu üçün ciddi zədədir, baş məşqçi üçün isə yox".

Tiblisidə keçirilmiş və CBC Sport telekanalının canlı yayımladığı matç “Barselona” əfsanələrinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi