
«Xəzər Lənkəran»ın fəxri prezidenti Mübariz Mənsimov yeni paylaşım edib.
Türkiyədə yaşayan iş adamı rinqdən videosunu tirajlayıb.
O, peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevin («Kobra Pərviz») növbəti döyüşündə iştirak edib.
«Kobra Pərviz»in qələbəsiylə bitən mübarizədən sonra rinqə qalxan Mənsimov ona təbrikərini çatdırıb.
«Azərbaycan və Türkiyə bayraqlarını dünya arenalarında ucaltdığın üçün sənə təşəkkür edirəm, qardaşım. Uğurların hər zaman bol olsun!» - o, paylaşdığı videoya bu cür rəy yazıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN