Bacısı ondan yenə ayrıldı: 10 ildə 7-ci dəfə

18 May 2025 03:00 Hadisə 1 364
Bacısı ondan yenə ayrıldı: 10 ildə 7-ci dəfə

Neymarın bacısı Rafaella Santos ilə braziliyalı hücumçu Qabriel Barbosa arasında romantika yenidən qırılıb.

Sportinfo.az xəbər verir ki, cütlük 10 ildə yeddinci dəfədir ki, ayrılır.

Yanvar ayında Qabiqol “Kruzeyro”ya transfer olunarkən, cütlük foto paylaşaraq birlikdə olduqlarını rəsmən təsdiqlədi. Ancaq xoşbəxtlik uzun sürmədi.

Futbolçu Rafaella ilə olan bütün şəkillərini bir neçə gün əvvəl sosial şəbəkələrdən silib.

Cütlük ilk dəfə 2015-ci ildə görüşməyə başlayıb. O vaxtdan bəri onların münasibətləri dramatik bir ssenari olub: sevgi, fasilələr, qayıdışlar.

Bu mövsüm 28 yaşlı braziliyalı forvard yerli çempionatın 6 oyununda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi