
Tarixində ilk dəfə İran çempionu olan «Traktor» tanınmış azərbaycanlı teleaparıcı Lalə Azərtaşa hədiyyə göndərib.
Bu barədə onun özü «Xəzər»TV-nin efirində məlumat verib.
Təbriz klubu Lalə Azartaşa üzərində ona 10 nömrəli forma göndərib. Həmçinin ona üzərində «Yaşasın Azərbaycan» yazılmış şərf bağışlanıb.
Efirlərin sevilən siması bu diqqətə görə Güney Azərbaycan təmsilçisinə öz minnətdarlığını bildirib:
«Ürəyimiz oradadır. Biz sizi sevirik, Cənubi Azərbaycan!
Sizi sevirik, «Traktor»! Sizə uğurlar arzulayırıq».
“Traktor” İran Pro-liqasında mövsümün bitməsinə iki tur qalmış çempionluğu təmin edib.
Tribunalarda yerli iqtidar nümayəndələri və digər rəsmi şəxslər Təbriz komandasının tarixi qələbəsini izləyiblər.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN