AFFA bu şəxsi vəzifədən niyə aldı? - AÇIQLAMA VERİLDİ

17 May 14:40 Hadisə 1 625
AFFA bu şəxsi vəzifədən niyə aldı? - AÇIQLAMA VERİLDİ

Bilindiyi kimi, AFFA-da yeni təyinat həyata keçirilib.

Naib Əsədov UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi seçilib.

O, bu vəzifədə Seymur Səlimlini əvəzləyib. Onun hansı səbəbdən postunu itirməsi hələlik bilinmir. Amma bu, özlüyündə ciddi hadisədir.

Uzun illərdir bu sahəyə nəzarət edən və ötən müddət ərzində hüquq-mühafizə orqanlarıyla əlaqəli çalışan funksionerin iş yerindən kənarlaşdırılması barədə qərarın UEFA ilə razılaşdırıldığı bildirilir.

Yeni nümayəndə bura kənar sektordan gətirilməyib. O, xeyli müddətdir AFFA-da çalışır. Federasiyanın nəzdindəki hüquq departamentinin məsul əməkdaşı olub.

Bu dəyişiklik nə ilə bağlıdır? Sportinfo.az müvafiq sualla AFFA-ya müraciət edib. Federasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli sorğuya cavab olaraq deyib:

“Bildiyiniz kimi, Seymur müəllim eyni zamanda AFFA-da Qeydiyyat və Statistika şöbəsinin rəisi vəzifəsində də çalışır.

AFFA-da struktur dəyişiklikləri zamanı qərara alındı ki, Naib Əsədov bundan sonra Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi təyin olunsun.

Naib Əsədov xeyli müddətdir ki, AFFA-nın Hüquq Şöbəsində çalışır.

Danışılmış oyunlarla mübarizə sırf hüquqi müstəvidə aparıldığından, AFFA-da bu sahəyə cavabdeh şəxsin hüquqşünas təyin olunması məqsədəuyğun olması qərara alındı. İnanırıq ki, o, bu vəzifənin öhdəsindən uğurla gələcək”.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!