Görəsən, atası Qaranın soyadını niyə dəyişdirib? - VİDEO

17 May 2025 00:40 Hadisə 1 035
Görəsən, atası Qaranın soyadını niyə dəyişdirib? - VİDEO

Azərbaycan yığmasının və “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayev “İctimai TV”də yayımlanan “Sabahın xeyir, Azərbaycan” verilişində maraqlı açıqlama ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, o, soyadının dəyişdirildiyini deyib.

Q.Qarayev bildirib ki, atası dahi bəstəkar Qara Qarayevə görə onun soyadını dəyişdirib:

“Atam öz əmisinin adını mənə qoyub. Daha sonra isə musiqiçi olmağımı istədiyi üçün soyadımı da Qarayev olaraq dəyişdirib.

Ailədə hamı Ağayevdir, amma mən Qarayev. Bir müddət musiqiyə getdim, lakin futbola olan həvəsim məni idmana gətirdi.

Futbolu daha çox bəyənirdim. Sadəcə 1 il piano çalmışam”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi