TƏHLÜKƏ: Premyer Liqanın bu oyununda VAR-dan imtina edildi!

16 May 20:00 Hadisə 367
TƏHLÜKƏ: Premyer Liqanın bu oyununda VAR-dan imtina edildi!

Premyer Liqanın 35-ci turunun bir oyunu VAR-sız keçəcək.

Mayın 17-də baş tutacaq “Şamaxı” – “Araz-Naxçıvan” qarşılaşmasında baş hakim İnqilab Məmmədov texnoloji köməkdən məhrum olacaq.

Səbəbsiz deyil.

İş burasındadır ki, şənbə günü üç oyun keçiriləcək və hamısı eyni vaxtda start götürəcək.

VAR maşınları həmin gün oynanılacaq “Sumqayıt” – “Turan Tovuz” və “Zirə” – “Sabah” qarşılaşmalarında hakimlərin ixtiyarına veriləcək. Şamaxıya göndərmək üçün əlavə avadanlıq yoxdur.

Üçüncü pilləni qorumağa çalışan “Araz-Naxçıvan”ın görüşündə hakim qərarı ilə bağlı narazılıq yaşansa və VAR-ın xidmətinə ehtiyac duyulsa, problemin necə həll olunacağı sual doğuracaq? Mümkün həngamə qaçılmazdır.

Növbəti mövsümdə komanda sayının artacağını da xüsusi şəkildə nəzərə alsaq, ölkə futbolunda VAR-la bağlı çətinliyin yaşanacağı qaçılmazdır. İndidən çıxış yolu tapılmasa, sonra gec olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 May 03:40 AFFA-da görüş oldu
16 May 02:00 AFFA bu yeri seçdi