Məşhur klubu müflis edə bilər - Müqaviləsində inanılmaz şətlər var

16 May 18:20 Hadisə 252
Məşhur klubu müflis edə bilər - Müqaviləsində inanılmaz şətlər var

Neymarın “Santos”la müqaviləsinin təfərrüatları açıqlanıb.

Sportinfo.az UOL-a istinadən xəbər verir ki, braziliyalı futbolçunun “Santos”la imzaladığı dəbdəbəli müqavilənin detalları barədə məlumat yayılıb.

Məlumata görə, 2025-ci ilin yanvarında doğma klubuna qayıdan 33 yaşlı hücumçu ayda 3,3 milyon avro qazanır.

Neymar həmçinin, kommersiya razılaşmalarından və üzərində adı yazılmış formaların satışından əldə olunan gəlirin 75 faizini özündə saxlayır.

Müqaviləyə əsasən, ona stadionda üç VIP lojadan istifadə imkanı da təqdim olunub. Eyni zamanda,

futbolçunun ailəsi və dostları üçün bütün səfərlər, beş ulduzlu otellərdə qalmaq və logistika xərcləri “Santos” tərəfindən qarşılanır.

Klubun Neymarla bağlı maliyyə öhdəlikləri kifayət qədər böyükdür. Bütün bu xərclər “Santos”un illik büdcəsinin təxminən 25 faizini təşkil edir.

Digər Xəbərlər
Xəbər Lenti
16 May 03:40 AFFA-da görüş oldu
16 May 02:00 AFFA bu yeri seçdi