Məhkəmədə Ermənistanın törətdiyi vəhşiliklərə dair videomateriallar nümayiş etdirilib

16 May 2025 07:20 Hadisə 527
Məhkəmədə Ermənistanın törətdiyi vəhşiliklərə dair videomateriallar nümayiş etdirilib

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Qubadlının Zilanlı kəndinin və Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı çəkilən videomaterial nümayiş olunub.

Videokadrlarda öldürülərək yandırılmış Azərbaycan polislərinin nəşləri görünür.

Kadrlarda Ermənistan ordusunun hərbçiləri danışırlar. Onlar deyirlər: “Biz bu yüksəkliyi götürmüşük. Buradan o tərəfə İrandır. Bundan sonra Zəngilana gedəcəyik. O tərəflərdə - Araz tərəfdə Zəngilandır. Babalarımızın vəsiyyətini həyata keçirdik, öz məqsədimizə çatmışıq”.

Ermənistan ordusunun hərbçiləri üzərində “Daşnaksütyun” yazılmış bayrağın fonunda “Qalx daşnak Dro” mahnısı oxuyurlar.

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 16-da davam etdiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi