AFFA-da görüş oldu

03:40 Hadisə 69
AFFA-da görüş oldu

Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Türkiyə Gənclər və İdman Nazirliyi arasında 2024-cü ildə imzalanmış protokola əsasən, Bakıda “Məşqçi təlimi” mübadiləsi proqramı keçirilir.

Sportinfo.az xəbər verir ki, proqrama uyğun olaraq, 8 nəfərdən ibarət Türkiyə nümayəndə heyətinin bir sıra görüşləri təşkil olunur.

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində görüş baş tutub, “Məşqçi təlimində proqramlaşdırma sistemi” mövzusunda dinləmələr olub. Tədbirdə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və təhsil şöbəsinin rəhbəri Aslan Kərimov da iştirak ediblər.

“Məşqçi təlimi” mübadiləsi proqramı əsasında Türkiyə Gənclər və İdman Nazirliyinin nümayəndələri mayın 16-dək Bakıda görüşlər keçirəcəklər.

24-27 aprel 2024-cü il tarixlərində İstanbulda gənclər və idman sahəsində əməkdaşlıq işçi qrupunun 2-ci iclası keçirilib və bu çərçivədə protokol imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 May 11:00 İş var, güc var!