Mövqelərimiz atəşə tutuldu - Gorus və Çəmbərək rayonları istiqamətlərində

15 May 2025 07:10 Hadisə 836
Mövqelərimiz atəşə tutuldu - Gorus və Çəmbərək rayonları istiqamətlərində

Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Digər Xəbərlər
Xəbər Lenti