Futbolçular onunla selfi çəkdirmək üçün növbəyə durur - FOTOLAR

03:00 Hadisə 124
Futbolçular onunla selfi çəkdirmək üçün növbəyə durur - FOTOLAR

"Real"ın klub televiziyasına bu il qatılan italyan aparıcı Mariya Arreqini təkcə jurnalist bacarıqları ilə deyil, eyni zamanda cazibədar görünüşü ilə də böyük səs-küy yaradıb.

Sportinfo.az xəbər verir ki, media dünyasında “Real ekranın real ulduzu” kimi tanınmağa başlayan Mariya sosial şəbəkələrdə izləyici sayı ilə bəzi futbolçuları da geridə qoyur.

Daha əvvəl İtaliya idman kanallarında çalışan və hər yay Seriya A-nın transfer xəbərlərini şərh edən aparıcı, indi "kral klubu"nun kulis xəbərlərini təqdim edir.

Deyilənə görə, Madridin mərkəzində Mariyanı görmək artıq nadir hal deyil. Xüsusilə də klubun tədbirlərində o, diqqət mərkəzində olur.

Moda və idmanı birləşdirən üslubu ilə tanınan Arreqini, "Real Madrid TV" üçün sadəcə xəbər aparıcısı deyil, həm də bir simvoldur. Pərəstişkarları isə onu artıq "Los Blancos"un Miss İtaliyası" adlandırırlar.

Bəzi mənbələrə görə, klubun içində belə Mariya ilə selfi çəkdirmək üçün növbəyə duran futbolçular var.

Digər Xəbərlər
Xəbər Lenti