"Neftçi"nin rayondakı oyununda baş verən kütləvi davadan VİDEO

02:10 Hadisə 74
"Neftçi"nin rayondakı oyununda baş verən kütləvi davadan VİDEO

vəzedicilər Liqasının XXXIV turunda “Turan Tovuz-2”-Neftçi-2” oyunu zamanı kütləvi dava baş verib.

Sportinfo.az xəbər verir ki, hadisə Tovuz şəhər stadionunda 2:2 hesablı heç-heçə ilə bitən qarşılaşmanın 59-cu dəqiqəsində yaşanıb.

“Ağ-qaralar”ın oyunçusu Murad Məmədova qarşı qayda pozuntusuna yol verdiyi üçün komanda yoldaşı İbrahim Novruzov rəqibin üzvü Nihad Qurbanzadəyə hücum çəkib. Digər futbolçular onları ayırmağa çalışarkən dava daha böyük miqyas alıb.

Baş hakim Kamranbəy Rəhimov təcavüzkar davranışa görə Cavid Qasımova qırmızı vərəqə, Nihat Qurbanzadə, İbrahim Novruzov və Kamal Kazımova isə sarı vərəqə göstərib.

Bundan başqa İsmayıl İsmayılov 63-cü, Fərid Cəfərov isə 83-cü dəqiqələrdə “qırmızı” alıblar.

Bu komandaların üçüncü dövrədəki qarşılaşmasında da bu cür kütləvi dava baş vermişdi.

“Neftçi-2” hazırda 67 xalla turnir cədvəlinin ikinci, “Turan Tovuz-2” isə 60 xalla üçüncü pilləsində yer alır.

Digər Xəbərlər
Xəbər Lenti