“Qarabağ”ın rəqibi Bakıya 1:1-lə gəlir - Rumıniyadan

18 Yanvar 08:20 Hadisə 1 978
“Qarabağ”ın rəqibi Bakıya 1:1-lə gəlir - Rumıniyadan

Rumıniya çempionatında 22-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan FCSB səfərdə “FC Hermannştadt”la üz-üzə gəlib. Matç heç-heçə yekunlaşıb.

13-cü dəqiqədə qapısında qol görən FCSB yalnız sona 4 dəqiqə qalmış Valentin Kretunun vurduğu qolla məğlubiyyətdən qaçıb - 1:1.

Bu heç-heçədən sonra xallarının sayını 38-ə çatdıran FCSB turnir cədvəlində liderliyə yüksəlib. Lakin komandanın ən yaxın izləyiciləri - “Universitatya Kluj” (37 xal) və “Dinamo Buxarest” (36 xal) bir oyun az keçiriblər.

FCSB "Qarabağ"la Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda, yanvarın 23-də Bakıda qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”