Ölkəmizin rəhbəri Konqres Mərkəzinin tikintisi ilə tanış oldu - FOTO

20 Sentyabr 2024 06:50 Hadisə 522
Ölkəmizin rəhbəri Konqres Mərkəzinin tikintisi ilə tanış oldu - FOTO

Prezident İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dövlətimizin başçısına görüləcək işlərlə bağlı məlumat verildi.

Bildirildi ki, mərkəzin binası dörd mərtəbədən və bir zirzəmi qatından ibarət olacaq. Buradakı hoteldə, ümumilikdə, 102 otaq inşa ediləcək. Otaqlardan 91-i standart, 4-ü suit, 4-ü isə “executive” qonaq otaqlarıdır. Digər 3 otaq isə sağlamlığı məhdud insanlar üçün nəzərdə tutulub.

Bundan başqa, mərkəzdə restoranlar, ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!
24 Aprel 03:40 “Geri qaytara bildim”