COP29

Xeyrımlıda sərhədçi evləri quraşdırılır - VİDEO

27 May 12:30 Hadisə 293
Xeyrımlıda sərhədçi evləri quraşdırılır - VİDEO

Tavuş vilayətinin Kirants (Xeyrımlı) kəndində üzərində “AZE” yazılı sərhəd dirəklərinin quraşdırılması prosesi davam edir.

Bu barədə məlumatı və kənddən görüntüləri erməni jurnalist Ani Gevorqyan öz feysbuk hesabında paylaşıb.

Görüntülərdə Kirantsda sərhədçilər üçün evlərin quraşdırılması işləri də əks olunub.

Aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və ölkələrarası dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin - Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"