Kəlbəcərdə yandırılmış məscidin qalıqları üzərində azan verildi - VİDEO

20 Aprel 21:10 Hadisə 186
Kəlbəcərdə yandırılmış məscidin qalıqları üzərində azan verildi - VİDEO

Bura Kəlbəcər rayonunun Başlıbel kəndinin məscidinin qalıqlarıdır.

Başlıbel kənd sakini seyid Səbuhi Ağayev kəndi ziyarətə gedib və məsciddə azan verib, cümə namazı qılıb.

Musavat.com xəbər verir ki, Ermənistan 1993-cü ilin aprelində Kəlbəcəri işğal edən zaman erməni silahlı birləşmələri Başlıbel Məscidini öncə qarət ediblər, sonra partladıb, yandırıblar.

17-ci əsrə aid tarixi dini abidə olan Başlıbel məscidi çar Rusiyası dövründə həm də kənddə məktəbi əvəz edən mədrəsə kimi fəaliyyət göstərib.

WhatsApp Image 2024-04-20 at 12.36.21 (1).jpeg (174 KB)

Sovet hakimiyyəti zamanı məscidin sökülməsinə bir neçə dəfə cəhd edilib, lakin kənd əhalisi ayağa qalxıb etiraz etdiyi üçün hökumət geriyə addım atıb.

Başlıbel seyidlər kəndi olub və kəndin məscidində qədim Quran kitabları, qədim tarixə malik qiymətli dini kitablar, əşyalar saxlanılırmış. Ermənistan silahlı qüvvələrinin vandallığı nəticəsində məscidlə yanaşı oradakı qiymətli kitablar və əşyalar da məhv olub (musavat.com).

Digər Xəbərlər
Xəbər Lenti