COP29

24 yaşlı futbolçu güllələndi - Yanacaqdoldurma məntəqəsində

5 Aprel 00:00 Hadisə 243
24 yaşlı futbolçu güllələndi - Yanacaqdoldurma məntəqəsində

Cənubi Afrika Respublikasının “Kaizer Chiefs” klubunun futbolçusu Luk Flers yanacaqdoldurma məntəqəsində öldürülüb.

Sportinfoaz xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti polisin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, şübhəlilər odlu silahı 24 yaşlı futbolçuya tuşlayaraq onu maşından çıxarıblar, daha sonra isə bədəninin yuxarı nahiyəsinə atəş açıblar.

Futbolçunun ölümünü “Kaizer Chiefs”in mətbuat xidməti təsdiqləyib.

“Böyük kədər hissi ilə Luk Flersin dünən gecə Yohannesburqda baş verən insident zamanı faciəvi şəkildə öldüyünü bildiririk”, -açıqlamada bildirilir.

Flers keçən ilin oktyabr ayından “Kaizer Chiefs”də oynayır. Əvvəllər müdafiəçi “SuperSport United” və “Ubuntu Keyptaun” klublarında çıxış edib. Cənubi Afrika Olimpiya komandasında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti