COP29

Rövnəq Abdullayev zamin dayandı, yeni rəhbəri inandırdı, AFFA-da daha yüksək vəzifə aldı

4 Aprel 20:40 Hadisə 8 188
Rövnəq Abdullayev zamin dayandı, yeni rəhbəri inandırdı, AFFA-da daha yüksək vəzifə aldı

AFFA-nın yeni vitse-prezidentlərinin adları açıqlanıb.

İcraçı vitse-prezident Sərxan Hacıyev bu posta təyin olunub.

Digər vitse-prezidentlər isə Elşad Nəsirov, Balakişi Qasımov və Könül Mehtiyeva olub.

Onlardan E.Nəsirov daha öncə də qurumun vitse-prezidenti postunu tutub. 2004-cü ildən bu vəzifəni tutmaqdadır.

B.Qasımov İTV-nin direktorudur. «İctimai» kanalın rəhbəri «Sabah» rəhbərliyinə yaxındır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun qohumu futbol simpatizanı kimi tanınır.

K.Mehtiyeva uzun illərdir AFFA-da çalışır. Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri olub. İcraiyyə Komitəsinin bundan öncəki tərkibində onu da görmüşük.

Xanım Mehtiyevanın yaxın qohumlarından biri SOCAR-da yüksək vəzifə tutur. Federasiyada vitse-prezident kimi üst posta irəli çəkilməsində, yəqin ki, bu amilin də rolu var.

Baş katib vəzifəsini müvəqqəti olaraq Sərxan Hacıyev icra edəcək.

İki il öncə burada Elxan Məmmədovu əvəzləyən S.Hacıyevin vitse-prezident kecəcəyi bizə öncədən məlum idi - təyinatdan saatlar öncə bu xəbəri oxucularımıza çatdırmışdıq.

O, yeni işindən dolayı Rövnəq Abdullayevə minnətdardır. Axı, niyə də olmasın?!

Abdullayev AFFA prezidenti vəzifəsindən getməyə sayılı günlər qalmış Hacıyevə böyük bir jest edib. İki il bərabər çalışdığı gənc kadr barədə federasiyanın yeni rəhbərliyinə müsbət təqdimat eləyib.

Bildirib ki, Hacıyev işgüzar və maliyyə məsələlərində həssasdır, başqa sözlə, əlitəmiz insandır, onun-bunun pulunda gözü yoxdur.

Sabiq prezident 2 il ərzində onun heç bir nöqsana yol vermədiyini, icraçı vitse-prezident vəzifəsində də etimadı doğruldacağını bildirib.

Belə deyək, Hacıyevin bəxtinə gün işığı düşməsində birbaşa Abdullayevin nüfuzu rol oynayıb, məsləhəti qəbul görüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti