COP29

“Neftçi”dən ayrıldı, 3 ay sonra buradan da istefa verdi

4 Aprel 01:00 Hadisə 353
“Neftçi”dən ayrıldı, 3 ay sonra buradan da istefa verdi

Adrian Mutu ÇFR-in baş məşqçisi vəzifəsindən istefa verib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Bildirilib ki, mütəxəssis dünən komandanın Rumıniya kubokunda CFR-in “Korvinul Hunedoara”ya 0:4 hesablı məğlubiyyətindən sonra istefa ərizəsini rəhbərliyə təqdim edib. Onun istefa ərizəsi bu gün qəbul olunub.

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu bu ilin yanvarında ÇFR-ə baş məşqçi təyin edilmişdi.

Onun rəhbərliyi altında komanda meydana çıxdığı 11 oyunun 5-də qələbə qazanıb, 3-də heç-heçə edib, 3-də isə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti