Xocavənddə fəhlələri daşıyan mikroavtobus aşdı - Yaralılar var

3 Aprel 2024 21:50 Hadisə 549
Xocavənddə fəhlələri daşıyan mikroavtobus aşdı - Yaralılar var

Xocavənd rayonunda fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlələri daşıyan mikroavtobus aşıb.

Hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini Pənah Quliyevin idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib və mikroavtobus aşıb.

Qəzada mikroavtobusda olan ümumilikdə 17 nəfərdən 9-u xəsarət alıb. Həmin şəxslərə ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

O, bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"