Bu ölkə vətəndaşları Bakı metrosunun deposuna gizlincə girib... HADİSƏ

31 Mart 2024 08:00 Hadisə 7 323
Bu ölkə vətəndaşları Bakı metrosunun deposuna gizlincə girib... HADİSƏ

Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib ki, turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zellandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar.

Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"