"Deyirlər ki, o, oğlu yaşda kişiyə ərə gedib, 20 yaş kiçik olanlar var, heç dillənmirlər"

31 Mart 2024 02:30 Hadisə 1 028
"Deyirlər ki, o, oğlu yaşda kişiyə ərə gedib, 20 yaş kiçik olanlar var, heç dillənmirlər"

"Mən 1967-ci ildənəm, ərim Rza bəy isə 1974-ci ildəndir.

Yəni mən ərimdən 7 yaş böyüyəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xeyirli axşamlar" proqramında deyib.

Müğənni idmançı həyat yoldaşı ilə aralarında olan yaş fərqinin tənqid edilməsinə cavab verib:

"Haqqımda deyirlər ki, Nüşabə oğlu yaşda kişiyə ərə gedib. Aramızda yaş fərqi isə cəmi 7 ildir.

Amma belə deyə-deyə biz artıq 18 ildir ki, bir yerdəyik. 20 yaş kiçik olanlar var, heç dillənmirlər".

Nüşabə Ələsgərlinin birinci evlilikdən bir oğlan və bir qız övladı var.

Digər Xəbərlər
Xəbər Lenti