Millinin futbolçuları “Şərəf” ordeni alacaq: “Mən 30 ildir bu günü gözləyirdim”

27 Mart 2024 18:20 Hadisə 813
Millinin futbolçuları “Şərəf” ordeni alacaq: “Mən 30 ildir bu günü gözləyirdim”

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar.

Sportinfo.az xəbər verir ki, bu barədə ölkənin Baş nazir İrakli Kobaxidze feysbuk hesabında paylaşım edib.

Nazir bildirib ki, komanda Avropa çempionatının final mərhələsinə vəsiqə qazandığı üçün ordeni alacaq:

“Mən 30 ildir ki, bu günü gözləyirdim. Böyük xoşbəxtlikdir. Qəhrəmanları qiymətləndirmək lazımdır”.

AÇ-2024-ün pley-off raundunun final oyununda Yunanıstana qalib gələn Gürcüstan millisi tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!