Bütün Əlcəzair "Qarabağ"lının bu qollarına heyran qaldı - VİDEO

27 Mart 2024 09:40 Hadisə 4 271
Bütün Əlcəzair "Qarabağ"lının bu qollarına heyran qaldı - VİDEO

Əlcəzair millisi “FİFA series - Edition 2024” layihəsi çərçivəsində 2-ci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda bu dəfə evdə Cənubi Afrika millisi ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə yekunlaşıb.

"Qarabağ"ın futbolçusu Yassin Benzia da Əlcəzair millisinin heyətində meydana çıxıb. 29 yaşlı yarımmüdafiəçi oyunda dubl edib. O, 22 və 70-ci dəqiqələrdə fərqlənib.

Yassin Benzia 5 il yarım sonra Əlcəzair millisinə çağırılıb. O, “FİFA series - Edition 2024” layihəsi çərçivəsində ilk oyunda - Boliviya ilə matçda da qol vurmuşdu.

Əlcəzair - Cənubi Afrika- 3:3

Qollar: Yassin Benzia, 22, 70, Yasin Nəsr Eddin Brahimi, 53 - Temba Zvan, 34, 45+5, İqraam Reyners, 66

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!