Azərbaycan səfirliyi Gürcüstan yığmasına isti  təbrik göndərdi

27 Mart 19:20 Hadisə 243
Azərbaycan səfirliyi Gürcüstan yığmasına isti  təbrik göndərdi

Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkənin yığma komandasını tarixdə ilk dəfə olaraq Avropa çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı səfirliyin sosial media hesablarında paylaşım edilib.

Gürcüstan yığması Almaniyada keçiriləcək qitə birinciliyində iştirak edəcək.

Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında gürcü futbolçular daha dəqiq olublar - 4:2.

Gürcüstan millisi ilk dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Yunanıstan isə ardıcıl üçüncü dəfə qitə birinciliyinə vəsiqə qazana bilməyib.

Gürcüstan millisi Avropa çempionatında F qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Türkiyə (18 iyun), Çexiya (22 iyun) və Portuqaliya (26 iyun) yığmaları olacaq.

Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Seçmə mərhələnin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci isə yarışın ev sahibi Almaniyadır.

Yunanıstanlı futbolçular ardıcıl üçüncü dəfə qitə birinciliyinə vəsiqə qazana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!