Bakıda ŞOK! Evin içinə neft axır - VİDEO

27 Mart 2024 12:30 Hadisə 622
Bakıda ŞOK! Evin içinə neft axır - VİDEO

Bakının Binəqədi rayonu, “Mədən - 2” adlanan ərazidə evin zirzəmisinə neft dolub. Mənzilin otaqlarını kəskin qoxu bürüyüb.

Ev sahibi Rövşən Qasımov iddia edir ki, mənbəyi bilinməyən neftin zirzəmiyə dolması nəticəsində evdə təhlükəli vəziyyət yaranıb.

Təhlükəli vəziyyətlə üz-üzə qaldığını deyən ev sahibi ailəsinin başqa əraziyə köçürülməsini istəyir.

Onun sözlərinə görə, evə bir neçə dəfə aidiyyəti qurumlar tərəfindən baxış keçirilsə də, ona nəticəsilə bağlı məlumat verilməyib.

Rövşən Qasımov ümid edir ki, problemin həlli üçün aidiyyəti qurumlar tərəfindən ona qısa müddətdə köməklik göstəriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"