“Qarabağ”ın uğuru göstərdi ki…“ - Milli Məclisin deputatı

26 Mart 14:20 Hadisə 470
“Qarabağ”ın uğuru göstərdi ki…“ - Milli Məclisin deputatı

“Qarabağ”ın uğuru göstərdi ki, maliyyə müstəqilliyi olan bir komanda Avropada Azərbaycan idmanının bu qədər üstünlüklərini göstərə bildi.

Bürokratiya müdaxilə etmədikcə inkişaf daha çox olur. İdmanımızın inkişafına bu istiqamətdə diqqət yetirməliyik”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin iclasında bildirib.

“Təsəvvür edin ki, 2025-ci ilədək 17 regional “DOST” mərkəzinin və 55 rayon filialının açılması nəzərdə tutulur. Hesabat ilində “DOST” mərkəzləri vasitəsilə əhaliyə 15 istiqamət üzrə 159 xidmət növü göstərildiyi qeyd olunur.

Doğrudanmı 159 xidmət növünə görə bu qədər bina tikib, işçi götürüb, bir qurumu saxlamaq faydalıdır, yoxsa aşağı faizlə özəl sektora kredit verib yeni iş yerlərinin açılmasını stimullaşdırmaq?

Sonra da yazılır ki, 2023-cü ildə “DOST” mərkəzi tərəfindən gündəlik 2,9 min nəfər olmaqda 700 min şəxsə müvafiq xidmətlərin göstərilməsin təmin edilib və özləri də qiymət verirlər ki, 98 % məmnunluq səviyyəsi var.

Bunu necə qiymətləndirdilər? Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 643 min nəfərə peşəyönümlü məsləhət verib,

486 min nəfərə iş yeri açdığı qeyd olunur. Olmaz ki, iş yeri açdığı qədər məsləhət, məsləhət verdiyi qədər də iş yeri açsın?

İşə düzəldirlər, bir ildən sonra çağırırlar ki, müqavilənin müddəti bitib yerinə başqa adamı götürürlər. Bu nöqsanlar aradan qaldırılmalıdır”, - deyə deputat vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti