Elvin Cəfərquliyev özündən çıxdı, təhqir etdi, ələ saldı - VİDEO

26 Mart 11:40 Hadisə 1 783
Elvin Cəfərquliyev özündən çıxdı, təhqir etdi, ələ saldı - VİDEO

Azərbaycan millisi dünən növbəti sınağına çıxıb.

Komandamız Bakıda “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Bolqarıstanla üz-üzə gəlib.

Müvəqqəti baş məşqçi Arif Əsədovun rəhbərlik etdiyi yığma komanda bir neçə gün öncə Monqolustana 1:0 hesabıyla qalib gəlmişdisə, bolqarlar da Bakıda Tanzaniyanı eyni hesabla üstələmişdilər.

“Tofiq Bəhramov”da baş tutan oyunu estoniyalı hakimlər idarə ediblər. Tərəflər meydanı məhsuldar heç-heçə ilə tərk ediblər – 1:1.

«Qarabağ»ın «Braqa» və «Bayer»lə keçirdiyi Avroliqa oyunlarında qırmızı vərəqə alan Elvin Cəfərquliyev dünən də diqqət mərkəzinə düşüb.

Müdafiəçi bolqarla matçın ikinci hissəsində estoniyalı referi Kristo Tovherin ünvanına təhqiramiz ifadələr işlədib. Sarı kart alan Elvin fitnal fitindən sonra da dilini dinc saxlamayıb.

O, paltardəyişmə otağına yollanarkən, üzünü yenə hakimlərə tərəf tutaraq «kotostrofa» ifadəsini işlədib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti