Ölkəsini satan tanınmış məşqçi infarktdan öldü - FOTO

26 Mart 03:50 Hadisə 591
Ölkəsini satan tanınmış məşqçi infarktdan öldü - FOTO

Futbol məşqçisi Sergey Şevçenko Krım xəstəxanalarından birində dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, bu barədə Xerson Regional Futbol Assosiasiyası öz Facebook səhifəsində məlumat yayıb.

Mütəxəssisin 66 yaşı var idi. Mənbənin sözlərinə görə, Şevçenko ad gününü martın 4-də qeyd edib və ertəsi gün o, təcili olaraq xəstəxanaya yerləşdirilib. Onun ölüm səbəbi tibdə olduqca nadirdir - böyrək infarktı.

O, Xersondan olan "Fregat" futbol klubunun hazırkı direktoru və məşqçisi, "Kristal" (Xerson), "Meliorator" (Kaxovka), "Tavriya" (Simferopol), "Sevastopol" FK və digər komandaların keçmiş məşqçisi olub.

Krımın Rusiya tərəfindən ilhaqından sonra Şevçenko Simferopolda qalıb və iki il “Tavriya” klubuna rəhbərlik edib, sonra isə Saxalinə köçüb.

2016-cı ildə Ukraynaya qayıdaraq Xerson vilayətində yenidən canlanan “Tavriya”ya rəhbərlik edib. 2022-ci ilin yayında Xersonda Şevçenko işğalçıların tərəfinə keçib “Kristal”ın əsasında yaradılmış “Fregat” adlı saxta futbol klubuna rəhbərlik etdi. Xersonun işğaldan azad edilməsindən sonra mütəxəssis Krıma yollanıb.

Xerson Regional Futbol Assosiasiyasının təklifinə əsasən, Sergey Şevçenko Ukraynanın Əməkdar Bədən Tərbiyəsi və İdman işçisi adından və bütün mükafatlarından məhrum edilib, həmçinin işğalçılarla əməkdaşlığa görə ömürlük diskvalifikasiya edilib.

Digər Xəbərlər
Xəbər Lenti