Gənc futbolçu ilə bir gecəlik eşq macərası yaşayan qadın ÖLDÜ - FOTO

24 Mart 2024 03:50 Hadisə 12 459
Gənc futbolçu ilə bir gecəlik eşq macərası yaşayan qadın ÖLDÜ - FOTO

“Korintians”ın U-20 komandasının 19 yaşlı futbolçusu Dimas Kandido de Oliveyra Filyo ilə bir gecəlik eşq macərası yaşayan braziliyalı qadın faciəvi şəkildə ölüb.

Sportinfo.az xəbər verir ki, futbolçunun evində onunla münasibətdə olan Livia Qabriele da Silva Matos adlı gənc qadın ürəktutmasından dünyasını dəyişib.

Braziliya polisi vəziyyəti şübhəli ölüm kimi qiymətləndirib və araşdırmalara başlayıb.

Xəstəxanaya çatdırılan qadının 4 dəfə infarkt keçirməsi nəticəsində tənəffüs tutulması səbəbindən həyatını itirditi açıqlanıb.

Gənc qadını xəstəxanaya çatdıran gənc futbolçu polisə Livia ilə razılıq əsasında münasibətdə olduğunu deyərək özünü müdafiə edib.

Futbolçunun vəkili Tiaqo Lenoir Braziliyanın “Metropoles” qəzetinə açıqlamasında bildirib ki, iki gənc bir ay əvvəl sosial media vasitəsilə tanış olublar.

Vəkil onu da bildirib ki, gənclər spirtli içki və narkotik vasitələrdən istifadə eməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!