Xaçmazda idman müəllimi qız şagirdə qarşı qeyri-etik hərəkətlər edib?

23 Mart 2024 18:10 Hadisə 1 147
Xaçmazda idman müəllimi qız şagirdə qarşı qeyri-etik hərəkətlər edib?

Xaçmaz rayonunun Qusarçay kənd tam orta məktəbində 62 yaşlı idman müəllimi Təbriz Adıgözəlovun 8-ci sinif şagirdi olan qıza qarşı qeyri-etik hərəkətlər etməsi ilə bağlı səslənən iddialar həqiqəti əks etdirmir.

Sportinfo.az xəbər verir ki, qeyd edilən məsələ ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edilib.

İstintaq şöbəsində müvafiq araşdırma aparılıb. Səslənən iddiaların həqiqəti əks etdirmədiyi məlum olub.

Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Təbriz Adıgözəlovun məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə bağlı məlumatlar yayılıb.

Bildirilib ki, bu barədə məlumatı əldə edən kimi direktor və sosial psixoloq tərəfindən həmin şagirdlə söhbət aparılıb və bundan sonra müvafiq olaraq hüquq-mühafizə orqanlarına məlumat verilib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"